Tamara Mustafayeva, Banco.az
Türkiyə Respublikası Mərkəzi Bankının bu gün açıqlayacağı faiz qərarından əvvəl lirənin ucuzlaşması davam etməkdədir.
Banco.az türk mətbuatına istinadla xəbər verir ki, cümə günü tarixində ilk dəfə 10 səviyyəsini keçən məzənnə bu gün səhər saatlarında 10.96 səviyyəsi ilə yeni rekorda imza atıb.
Günün irəlilələyən saatlarında 10.50 səviyyəsinə qədər geriləyən məzənnədə Mərkəzi Bankın faiz qərarından sonra 11 səviyyəsinin keçilməsi ilə tarixi rekord qeydə alınıb.
Hazırda Dollar/TL məzənnəsi 11.11 səviyyəsində ticarət edilir.
Qeyd edək ki, Türkiyə Respublikası Mərkəzi Bankı uçot dərəcəsi faizini 100 bənd azaltmaqla 15%-ə endirib.
Bizi sosial şəbəkələrdən izləyin!!