Tamara Mustafayeva, Banco.az
İngiltərədə inflyasiya ötən 10 ilin maksimumuna çatıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə istehlakçı qiymət indeksi oktyabr ayında illik əsasda 4,2% artım göstərib. Bununla da, ölkədə istehlak mallarının qiyməti 2011-ci ilin dekabr ayından bəri müşahidə olunan ən sürətli artım dinamikasına imza atıb.
İngiltərədə inflyasiyanın artım tempi ötən ay da davam edib. Ekspertlər inflyasiyanın 3,9% açıqlanacağını proqnozlaşdırsalar da, bu göstərici 4,2% olub. Ölkədə istehlakçı qiymət indeksi aylıq əsasda da 1,1% artıb. Proqnozlar isə 0,8 faizi işarə edirdi. İllik nüvə inflyasiyası isə 3,4% hesablanıb.
Qeyd edək ki, ötən ay pərakəndə qiymət indeksi də illik əsasda 6%, aylıq əsasda isə 1,1%-lik artımla proqnozları üstələyib.
Bizi sosial şəbəkələrdən izləyin!!