Tamara Mustafayeva, Banco.az
Neft bazarlarında neftin qiyməti bahalaşıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri Bayden hökumətinin strateji əhəmiyyətli neft ehtiyatlarından istifadə mövzusunda geriyə addım atması və özəl sektor göstəricilərinin ABŞ xam neft ehtiyatlarının azaldığını işarə etməsi fonunda bahalaşmağa başlayıb.
ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 7 sent dəyər qazanmaqla hazırda bir bareli 84.22 dollara ticarət edilir.
Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 0,3% bahalaşaraq bir bareli 85.06 dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!