Tamara Mustafayeva, Banco.az
ABŞ-da 5-11 yaşlı uşaqlar 8 noyabrdan etibarən peyvənd olunmağa başlanacaq.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Ağ Ev ölkədə 5-11 yaş qrupuna daxil olan uşaqların vaksinasiya proqramının 8 noyabr tarixindən etibarən başlayacağını açıqlayıb.
ABŞ Ərzaq və Dərman Administrasiyasının (FDA) rəsmi internet saytında 22 oktyabr tarixində qeyd olunan məlumata görə, "Pfizer-BioNTech" peyvəndi sözügedən yaş qrupunda 90,7%-lik təsir gücünə malikdir.
Xatırladaq ki, ölkədə 5-11 yaş qrupuna daxil olan təqribən 28 milyon uşaq yaşayır.
Bizi sosial şəbəkələrdən izləyin!!