Neftin qiyməti yenidən ucuzlaşdı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Neftin qiyməti yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft bazarlarında "OPEC-Bayden ziddiyəti".

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft bazarları ABŞ prezidenti Co Bayden və OPEC ölkələri arasındakı hasilatın artırılmasına dair fikir ayrılıqlarına fokuslanıb. Bayden qiymətlərin ucuzlaşması üçün OPEC-in hasilatı artırmasınının labüdlüyünü, OPEC isə tələbin hələ də risk faktoru ilə qarşı-qarşıya olduğunu və diqqətli olmağın zəruriliyini iddia edir. Bu minvalda, dünya bazarlarında neftin qiyməti bir qədər ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,5% ucuzlaşmaqla hazırda bir bareli 83.15 dollara ticarət edilir.

Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 0,4% dəyər qazanaraq bir bareli 83.39 dollara qalxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram