Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 51 260,2 milyon ABŞ dolları təşkil edib.
Bunun 86,3%-i və yaxud 44 226,4 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,7%-i və yaxud 7 033,8 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 700 milyon dollar və yaxud 1,4% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 121,5 milyon dollar və yaxud 0,3%, AMB-nin valyuta ehtiyatlarında isə 578,5 milyon dollar və yaxud 9% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 480,2 milyon dollar və yaxud 3% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 937,8 milyon dollar və yaxud 2,2%, AMB-nin valyuta ehtiyatları isə 542,4 milyon dollar və yaxud 8,4% artım nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
01.10.2021 |
44 226,4 |
7 033,8 |
51 260,2 |
01.07.2021 |
44 104,9 |
6 455,3 |
50 560,2 |
01.04.2021 |
42 761,3 |
6 356,2 |
49 117,5 |
01.01.2021 |
43 564,3 |
6 369,4 |
49 933,7 |
01.10.2020 |
43 288,6 |
6 491,4 |
49 780,0 |
report
Bizi sosial şəbəkələrdən izləyin!!