Neftin qiyməti ucuzlaşmağa başladı | Banco.az

Neftin qiyməti ucuzlaşmağa başladı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, neftin qiyməti ABŞ xam neft ehtiyatlarının artması fonunda yeddi ilin maksimumundan geriləyib.

ABŞ xam neftinin (WTI) noyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,7% ucuzlaşmaqla hazırda bir bareli 82.40 dollara satılır.

Brent markalı neftin dekabr fyuçersi isə London əmtəə birjasında 0,8% dəyər itirərək bir bareli 84.41 dollara enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram