Tamara Mustafayeva, Banco.az
Bill və Melinda Qeyts Fondu qlobal miqyasda koronavirusun müalicəsinə əlçatanlığı asanlaşdırmaq üçün 120 milyon dollar vəsait ayırıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Bill və Melinda Qeyts Fondu "Merck & Co." tərəfindən hazırlanan dərman vasitələrinin gələn ilin əvvəlində aşağı gəlirli ölkələrə çatdırılmağa başlanacağını açıqlayıb. Fond bu məqsədlə büdcədən 120 milyon dollar vəsait ayırıb.
Qeyts Fondunun qlobal səhiyyə departamentinin rəhbəri Trevor Mundel ayrılan vəsaitin ümumi dərman istehsalçılarına da dəstək olacağını bildirilib.
Qeyd edək ki, Fond aztəminatlı xalqların müalicə və profilaktik tədbirlərə çıxışının asan olmadığı hazırki şəraitlə mübarizə aparmaq üçün digər təşkilatları da ianələr verməyə çağırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!