"Apple" növbəti yeni məhsullarını təqdim etdi - QİYMƏT | Banco.az

"Apple" növbəti yeni məhsullarını təqdim etdi - QİYMƏT

Tamara Mustafayeva, Banco.az

"Apple" firması 2 yeni məhsulunu ictimaiyyətə təqdim edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, texnologiya nəhəngi şirkət "Apple" Silikon çipləri ilə dəstəklənən "MacBook Pro" modeli ilə yanaşı, yeni nəsil "AirPods" kabelsiz qulaqlıqları da bazara çıxarıb. Şirkətin ötən 10 il ərzində bazara çıxardığı dizüstü kompüterlərdəki qiymət artımı isə diqqətdən yayınmayıb.

14 və 16 düym ekrana sahib "MacBook Pro" dizüstü kompüterləri yeni çiplərlə dəstəklənib. Şirkət "MacBook Pro"nun 14 düymlük modelinin 1999 dollardan, 16 düymlük modelinin isə 2499 dollardan satışa çıxarılacağını açıqlayıb. Hər iki modelin Amerika üzrə tədarükü gələn həftədən etibarən başlayacaq.

"Apple" firmasının təqdim etdiyi digər məhsul isə yeni nəsil "AirPod" qulaqlıqları olub.

Ən sərfəli kredit üçün müraciət et

Yeni nəsil "AirPod"ların idman məşqlərində istifadə zamanı tər və suya dayanıqlı olacağı və "AirPods Pro"nun bəzi xüsusiyyətlərini özündə daşıyacağı bildirilib. "Apple" yeni nəsil "AirPod"ların ABŞ-da 179 dollardan satışa çıxarılacağını açıqlayıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et