Azərbaycanda bitkoin istehsal edənlər vergi ödəməlidir | Banco.az

Azərbaycanda bitkoin istehsal edənlər vergi ödəməlidir

Son zamanlar kriptovalyuta mayninqi (mədənçilik) Azərbaycanda da populyar biznes sahəsinə çevrilib. Bununla məşğul olan şəxslərin sayı gündən-günə artmaqdadır.

Bəs kriptovalyuta əməliyyatlarının aparılmasından gəlir əldə edən fiziki şəxslər belə əməliyyatlar üzrə vergi öhdəliklərini necə yerinə yetirməlidir?

Dövlət Vergi Xidməti məsələyə aydınlıq gətirib.

Qeyd olunub ki, kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli, əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmalı və növbəti ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram