Tamara Mustafayeva, Banco.az
Avropada təbii qazın qiyməti təqribən 40% bahalaşmaqla bir meqavat-saatı 160 avronu keçib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, bu gün Avropada təbii qazın qiyməti 40% artımla 1 meqavat-saatı 160 avroya çatarkən, min kubmetr üçün isə 1600 avrodan bahalaşıb.
Qiymət indikatoru hesab edilən Hollandiya 1 aylıq fyuçerslər hazırda bir meqavat-saat üzrə 162 dollara icra edilir. Bu da, min kubmetr üçün 1700 avro deməkdir.
Qeyd edək ki, ilin əvvəlində regionda təbii qazın qiyməti bir meqavat-saat üzrə 20 avro təşkil edirdi ki, təbii qazın etalon qiyməti sentyabr ayının əvvəlindən bəri 168% yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!