FED sədri kriptovalyutalarla bağlı açıqlama etdi | Banco.az

FED sədri kriptovalyutalarla bağlı açıqlama etdi

Tamara Mustafayeva, Banco.az

FED sədri Cerom Pauel Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində çıxış edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ Mərkəzi Bankının sədri Cerom Pauel FED-in kriptovalyutaları qadağan etmək niyyətinin olmadığını, ancaq bu rəqəmsal valyutaların daha ciddi nəzarət və tənzimləmə mexanizminə ehtiyat duyduğunu açıqlayıb.

O, kriptovalyuta biznesini dəstəkləməsi ilə tanınan Nümayəndələr Palatasının üzvü Ted Budd tərəfindən ünvanlanan suala belə cavab verib:

"Xeyr, kriptovalyutaları qadağan etməyi düşünmürük, ancaq bu rəqəmsal valyutalar mövcud sistemdən kənarda qalıblar ki, bu səbəbdən də, ciddi tənzimləmə və nəzarət mexanizminə ehtiyac duyulur."

Xatırladaq ki, Ted Budd tərəfindən ünvanlanan bu sualın əsasında Cerom Pauelin bu ilin iyul ayında açıqlama edərək FED-in rəqəmsal valyutasının özəl sektor kriptovalyutalarına tələbi azaldacağını iddia etməsi dayanırdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram