Tamara Mustafayeva, Banco.az
Tarixinin ilk elektromobilini təqdim etməyə hazırlaşan "Rolls-Royce" şirkəti sözügedən modelin bazara çıxarılacağı vaxtı açıqlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, dəbdəbəli ingilis avtomobil brendi olan "Rolls-Royce" 2023-cü ilin 4-cü rübündə tamamilə elektriklə işləyən ilk avtomobil modelini müştərilərinin bəyənisinə təqdim edəcək.
Avtomobilin yaxın günlərdə sınaq sürüşlərinin başlayacağını bildirən şirkət 2030-cu ilədək bütün modellərinin tamamilə elektromobillərdən ibarət olacağını və bundan sonra daxili yanma mühərriki ilə təchiz edilmiş heç bir model istehsal etməyəcəklərini vurğulayıb.
Qeyd edək ki, "Rolls-Royce Motor Cars" CEO-su Torsten Müller-Ötvös şirkətin ilk elektromobilinin "Spectre" adlandırılacağını açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!