“PAŞA Sığorta” ASC namizədləri “Layihələrin koordinasiyası şöbəsinin rəhbəri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- Layihələrin İdarəolunması üzrə biliklərin artırılması məqsədi ilə müvafiq görüşlərin/təlimlərin keçirilməsi;
- Layihə iştirakçıları arasında fasilitasiya yanaşmasının tətbiqi;
- Layihələrdə baş tutmuş dəyişikliklər üzrə gündəlik hesabatları nəzərdən keçirmək və department rəhbərinə təkliflər hazırlamaq;
- Şirkət daxilində layihələr barədə məlumatlılığın artırılması məqsədi ilə kommunikasiyanın gücləndirilməsini təmin etmək;
- Layihələrin idarəolunması istiqamətinin yetkinlik səviyyəsinin yüksəldilməsi məqsədi ilə boşluqların müəyyən edilməsi və müvafiq təkliflərin hazırlanması;
- Təsdiq olunmuş planlaşdırma çərçivəsində gündəlik, həftəlik görüşlərin təşkili və təyin olunmuş hədəflərin təhlil olunmasına nəzarət etmək
- Birbaşa müdirin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış, şirkət üçün əhəmiyyət kəsb edən digər işləri icra etmək.
BİLİKLƏR
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
- Kompyuter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı;
- Şirkətin əməliyyat sistemində aparılan əməliyyatları təhlil etmə bacarığı;
- Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək.
TƏCRÜBƏ
- Layihələrin İdarəolunması sahəsində minimum 5 il iş təcrübəsi; o cümlədən minimum 2 il idarəçilik təcrübəsi
BACARIQLAR
- Güclü kommunikasıya bacarığı.
- Güclü idarəetmə və təqdimat bacarığı,
- Beynəlxalq təcrübədə qəbul edilən layihə və proses metodologiyaları üzrə biliklər.
- Problem həll etmə bacarığı.
- Təşəbbüskarlıq;
- Stressli vəziyyətlərdə həll etmək qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Bizi sosial şəbəkələrdən izləyin!!