Neftin qiyməti yenidən ucuzlaşdı | Banco.az

Neftin qiyməti yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ-da özəl sektor göstəricilərinin xam neft ehtiyatlarında ötən həftə artım müşahidə edildiyini işarə etməsi səbəbindən ucuzlaşıb. Hökumətin açıqlayacağı rəsmi göstəricilər özəl sektor göstəricilərini təsdiqləyərsə, bu, ötən 8 həftə ərzində ehtiyatlarda qeydə alınan ilk artım olacaq.

ABŞ xam neftinin (WTI) noyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,5% ucuzlaşaraq hazırda bir bareli 74.13 dollara icra edilir.

Brent markalı neftin noyabr fyuçersi isə London əmtəə birjasında 1,5% dəyər itirərək bir bareli 77.91 dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et