Tamara Mustafayeva, Banco.az
Dünya bazarlarında neftin qiyməti 80 dolları keçib.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti qlobal enerji böhranının dərinləşməsi və tələbin hasilatı üstələyəcəyinə dair proqnozların fonunda ötən 3 ildən sonra ilk dəfə 80 dollardan bahalaşıb.
ABŞ xam neftinin (WTI) noyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,9% bahalaşdıqdan sonra hazırda bir bareli 76.10 dollara icra edilir.
Brent markalı neftin noyabr fyuçersi isə London əmtəə birjasında 0,8% dəyər qazanmaqla bir bareli 80.19 dollara çatıb.
Xatırladaq ki, OPEC bu gün "Dünya Neft Görünüşü" hesabatını yayımlayacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!