Neftin qiyməti yenidən bahalaşdı | Banco.az

Neftin qiyməti yenidən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri bahalaşmağa başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti "İda" qasırğasının bəzi istehsal zavodlarında yol açdığı ziyanın hələ də həll edilməməsi səbəbindən bahalaşmağa başlayıb.

ABŞ xam neftinin (WTI) oktyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bazar ertəsi 2,3% ucuzlaşdıqdan sonra 0,9% yüksəlməklə hazırda bir bareli 70.95 dollara icra edilir.

Brent markalı neftin noyabr fyuçersi isə London əmtəə birjasında 1% bahalaşaraq bir bareli 74.67 dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram