Çində qiymətlər qalxdı, inflyasiya yüksəldi | Banco.az

Çində qiymətlər qalxdı, inflyasiya yüksəldi

Tamara Mustafayeva, Banco.az

Çində avqust ayı üzrə istehsalçı və istehlakçı qiymət indeksləri açıqlanıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Milli Statistika Komitəsi tərəfindən açıqlanan nəticələrə əsasən, ölkədə inflyasiya dərəcəsində artım müşahidə edilib. 

Buna görə, istehsalçı qiymət indeksi iyul ayındakı 9%-lik səviyyəni üstələməklə ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% artım göstərib ki, iqtisadçılar nəticələrin stabil qalacağını proqnozlaşdırmışdılar.

Ölkədə istehsalçı qiymət indeksinin artmasına kimyəvi maddələr, polad və kömür qiymətlərinin bahalaşması təsir göstərib.

Avqust ayı üzrə istehlakçı qiymət indeksi isə illik əsasda 0,8% yüksəlib ki, ötən ay bu göstərici 1% idi. Bu indeks üçün təməl ünsürlərdən biri hesab edilən donuz ətinin qiymətində bu ay ucuzlaşma müşahidə edilib. 

Qeyd edək ki, qeyri-stabil ərzaq və enerji qiymətlərinin istisna edildiyi nüvə inflyasiyası isə 1,2% yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram