Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi stabilliyini saxlayır.
Dolların aparıcı valyutalara qarşı fəaliyyət dinamikasını əks etdirən dollar indeksinin dünən ötən bir ayın minimumuna geriləməsi ilə məzənnə də günü 8.27 səviyyəsində başa vurmuşdu.
Hazırda Dollar/TL məzənnəsi 8.29 səviyyəsində icra edilir.
Qeyd edək ki, hazırda dünya birjalarının əsas diqqət mərkəzi bu gün ABŞ-da açıqlanacaq kənd təsərrüfatının istisna edildiyi məşğulluq göstəricilərinə yönəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!