Pərakəndə ticarət sektorunda Biznes İnam İndeksinin azalması davam edir | Banco.az

Pərakəndə ticarət sektorunda Biznes İnam İndeksinin azalması davam edir

Bu ilin avqust ayında Azərbaycanın pərakəndə ticarət sektorunda Biznes İnam İndeksi (Bİİ) azalaraq iyuldakı 9,9 bənddən 4,9 bəndə enib. İyulda sözügedən göstərici 30,1 bənddən 9,9 bəndə qədər enmişdi.

Azalmanın əsas drayveri sektorda növbəti üç ay üçün satışlar üzrə gözləntilərin növbəti dəfə kəskin azalaraq ötən ilin avqust ayından bəri ilk dəfə mənfi zonaya enməsi olub. Növbəti üç ay üçün satışlar üzrə gözləntilərin indeksi iyuldakı 19,5 bənddən -2,3 bəndədək enib. İyulda sözügedən göstərici 43 bənddən 19,5 bəndədək azalmışdı.

Qeyd edək ki, pərakəndə ticarət sektorunun Bİİ-nə birbaşa təsir edən son üç ayın faktiki satışları iyuldan fərqli olaraq (40 bənddən 14,6 bəndədək azalma) 18,4 bəndədək artıb.

Xatırladaq ki, pərakəndə ticarət sektorunda Bİİ sonuncu dəfə iyunda 14,8 bənddən 30,1 bəndədək yüksəlmişdi.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et