Azərbaycanda POS-terminalların sayı iyul ayı ərzində 0,3% və ya 155 vahid azalaraq 59 995 ədəd təşkil edib.
İlin əvvəlindən isə ölkədə POS-terminalların sayı 5% və ya 2 875 vahid artıb.
Məlumata əsasən, POS-terminalların 39 148 ədədi və ya 67,1%-i Bakıda, qalan 19 743 və ya 32,9%-i isə regionlarda quraşdırılıb.
Hesabat ayında bankomatların sayında isə artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı iyulda 0,7% və ya 20 ədəd, ilin əvvəlindən isə 4% və ya 109 vahid artaraq 2 824-ə çatıb. Bankomatların 1 497-si və ya 53%-i Bakıda, 1 327 ədədi və ya 47%-i isə regionlarda quraşdırılıb.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!