Türkiyədə Milli Süni Zəka Strategiyası (2021-2025) ictimaiyyətə təqdim edilib.
Strategiyanı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank təqdim edib.
Onun sözlərinə görə, 2025-ci ilədək bu sahədə 50 min kadr üçün məşğulluq imkanlarının təmin edilməsi başlıca hədəflər arasındadır.
“2025-ci ildə süni zəka sahəsində məşğulluğun ən az 50 minə çatmasını hədəfləyirik. Bunun üçün ixtisaslı və kompitent insan resurslarının yetişməsi ilə bağlı önəmli tədbirlər müəyyənləşdirilib”, - o qeyd edib.
report
Bizi sosial şəbəkələrdən izləyin!!