Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri qismən bahalaşsa da, dolların mövqeyinin güclənməsinin təsirinə məruz qalıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti FED protokolunun oxunmasından sonra dolların güclənməsi və ABŞ-da benzin ehtiyatlarının artması səbəbindən bu həftəni 6%-ə yaxın dəyər itkisi ilə başa vurmağa hazırlaşır.
ABŞ xam neftinin (WTI) sentyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex bu gün səhər saatlarında 0,6% yüksələrək hazırda bir bareli 64.09 dollara icra edilir.
Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında 0,4% bahalaşaraq 66.69 dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!