Tamara Mustafayeva, Banco.az
"Alibaba" şirkətinin səhmləri pandemiya dövrünün minimumuna geriləyib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, e-ticarət nəhəngi "Alibaba"nın səhmləri Çin hökumətinin texnologiya şirkətlərinə tətbiq etdiyi yeni tənzimləmə mexanizmindən sonra ötən ilin oktyabr ayında qeydə alınan maksimumdan 46% geriləməklə pandemiya dövrünün ən aşağı səviyyəsinə çatıb. Belə ki, şirkət səhmləri bu gün 4,3% ucuzlaşmaqla ümumilikdə pandemiyanın minimumuna enib.
Xatırladaq ki, hökumətin texnologiya şirkətlərinə qarşı həyata keçirdiyi yeni tənzimləmə mexanizmi səbəbindən yerli şirkətlərin bazar dəyərində qlobal miqyasda 1 trilyon dollar itki qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!