Tamara Mustafayeva, Banco.az
Həftə sonu qısa müddətlik 48 min dollar səviyyəsinə yaxınlaşan bitkoin bu səviyyəni üstələyə bilmədiyi üçün dünəndən etibarən yenidən ucuzlaşmağa başlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 2,1% ucuzlaşmaqla 45 min 300 dollara enib.
Ethereum da oxşar olaraq 3,7%-lik ucuzlaşma ilə 3 min 60 dollara düşüb.
Qeyd edək ki, ötən sutka ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 89-unda dəyər itkisi müşahidə edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!