Ölkənin aparıcı banklarından olan Rabitəbankda yeni təyinat olub. Bankın Marketinq Departamentinin rəhbərliyinə Orxan Salayev təyin olunub. Buna qədər Orxan, “Azərbaycan Dəmir Yolları” QSC-də Biznesin inkişafı idarəsində rəis müavini, Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsi və onun Aparatında marketinq üzrə məsləhətçi, FINCA Azərbaycan QBKT-da şöbə rəisinin vəzifələrini icra edən, Prezident yanında Strateji Araşdırmalar Mərkəzində və s şirkətlərdə analoji sahə üzrə çalışıb.
Orxan Salayev Təhsil Nazirliyinin dövlət xətti ilə Pekin Elm və Texnologiya Universitetində Neuromarketinq sahəsində maqistr təhsili alıb. Hal-hazırda O Çinin top universitetlərindən sayılan Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində doktorantura təhsili alır. Eləcə də Avropa Marketinq Konfederasiyasının dəstəklədiyi Marketinq Klasifikasiyaları çərçivəsində marketinq mütəxəssisi adına layiq görülüb.
Bizi sosial şəbəkələrdən izləyin!!