Messinin 250 min forması cəmi bir saat ərzində satıldı | Banco.az

Messinin 250 min forması cəmi bir saat ərzində satıldı

Fransanın PSJ klubu Lionel Messinin transferini elan etdikdən sonra özünün rəsmi internet saytı üzərindən ulduz futbolçunun formasının satışına başlayıb.

“Sport-express” məlumat verir ki, Lionel Messinin formasına maraq gözləniləndən böyük olub.

Belə ki, Messi yazılan 250 min ədəd forma cəmi bir saat ərzində satılaraq bitib.

Qeyd edək ki, Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb. Ulduz futbolçu yeni komandasında 30 nömrəli formanı geyinəcək.

oxu.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram