Tamara Mustafayeva, Banco.az
Fransız avtomobil şirkəti "Renault" və İsveçli avtomobil istehsalçısı "Volvo"nun sahibi Çinin transmilli avtomobil nəhəngi "Geely" müştərək açıqlama ilə birlikdə hibrid avtomobil istehsal edəcəklərini bildiriblər.
Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən şirkətlər tərəfindən edilən açıqlamaya görə, "Renault"un Çində fəaliyyətini dayandırmasından təkcə bir il sonra Çin və Cənubi Koreya bazarları üçün birlikdə elektrik-benzinli hibrid avtomobillərinin istehsalına başlayacaqlarını söyləyib.
Həmçinin qeyd edilib ki, "Renault" öz markası ilə müştərək istehsal üçün "Geely" tərəfindən yenicə bazara çıxarılmış hibrid avtomobil sistemindən istifadə edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!