Tamara Mustafayeva, Banco.az
Neft qiymətlərinin ucuzlaşması dayanıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Delta ştammının sürətlə yayılmasına dair narahatlıqlar fonunda üç gün ardıcıl olaraq dəyər itirdikdən sonra yeni günə cüzi bahalaşma ilə başlayıb.
ABŞ xam neftinin (WTI) sentyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,5% yüksələrək hazırda bir bareli 68.47 dollara icra edilir.
Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında 2,8% gerilədikdən sonra 0,4% bahalaşmaqla bir bareli 70.66 dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!