Tamara Mustafayeva, Banco.az
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) inkişaf etmiş ölkələrdəki əmək bazarının indiyədək qismən yaxşılaşdığını və 2022-ci ilin sonunda belə pandemiyadan əvvəlki səviyyəyə çatmasının ehtimal edilmədiyini açıqlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, inkişaf etmiş ölkələrin əmək bazarında pandemiya ərzində yaşanılan işsizlik səviyyəsinin bu vaxtadək sadəcə yarısının kompensasiya edildiyini, həmçinin pandemiyanın təsirindən ən çox zərər çəkənlərin gənclər və aşağı maaşlı işçilər olduğu bildirilib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən araşdırmaya görə, sözügedən ölkələrdə 2020-ci ilin sonunadək 22 milyon iş yeri itirilmişdir və hazırkı iqtisadi yaxşılaşmaya baxmayaraq hələ də pandemiyadan əvvəlki dövrə nəzərən 8 milyondan çox işsiz insan mövcuddur.
Qeyd edək ki, dünya üzrə isə təqribən 114 milyon iş yeri itirilmişdir ki, iş axtaran 14 milyon insan OECD tərəfindən qeyri-aktiv işçi qüvvəsi kimi nəzərə alınmışdır.
Bizi sosial şəbəkələrdən izləyin!!