Azərbaycanda pandemiyadan zərər çəkən sahələrin subsidiyalaşdırılma məbləği açıqlanıb | Banco.az

Azərbaycanda pandemiyadan zərər çəkən sahələrin subsidiyalaşdırılma məbləği açıqlanıb

Azərbaycanda pandemiyadan zərər çəkən sahələrə dəstək tədbirləri çərçivəsində mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə sahibkarlardan indiyədək 5 463 müraciət daxil olub.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

O əlavə edib ki, bunlardan 4 497-nə (82,3%) subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.

"Təsdiqlənən subsidiyanın məbləği 57 mln. manatdır", - nazir qeyd edib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram