Tamara Mustafayeva, Banco.az
Çin hökuməti indiyədək dörd növ koronavirus peyvəndi üzrə ixrac icazəsi verib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən peyvəndlərdən 2-si Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiq edilib.
Çin Gömrük İdarəsi rəsmiləri də Covid-19 əleyhinə peyvəndlərin ixracında gecikmə hallarının minimuma endirilməsi üçün gömrük xidmətlərinin mümkün olduğu qədər yaxşılaşdırılması məqsədilə müvafiq işlərin sürətləndirildiyini bildirib.
Qeyd edək ki, Çin bu vaxtadək 80-dən çox ölkəyə vaksin köməyi göstərərkən, eyni zamanda 40-dan çox ölkəyə də vaksin ixracı həyata keçirib. İxrac edilən ümumi doza sayı isə 300 milyonu üstələyib.
Bizi sosial şəbəkələrdən izləyin!!