Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri OPEC təsirində.
Banco.az xarici mətbuta istinadla bildirir ki, OPEC+ ölkələri hasilatın artırılması üzrə razılığa gələ bilmədiyi üçün avqust ayında sözügedən artımın həcmi ilə bağlı müzakirələr bu gün də davam edəcək.
ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,1% geriləyərək hazırda bir bareli 75.07 dollara icra edilir.
Brent markalı neftin sentyabr fyuçersi isə London əmtəə birjasında 0,1% dəyər itirməklə bir bareli 76.06 dollara enib.
Bizi sosial şəbəkələrdən izləyin!!