Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri OPEC+ iclasından əvvəl həftəni qazancla başa vurmağa hazırlaşır.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti gələn həftə baş tutacaq OPEC+ iclasından öncə bu həftəni də qazancla başa vurmaqla ardıcıl olaraq 5-ci həftədir ki, bu dinamikanı davam etdirir.
ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,2% yüksələrək hazırda bir bareli 73.41 dollara icra edilir.
Brent markalı neftin avqust fyuçersi isə London əmtəə birjasında 0,2% bahalaşaraq bir bareli 75.69 dollara qalxıb.
Bizi sosial şəbəkələrdən izləyin!!