Tamara Mustafayeva, Banco.az
İsveçrənin transmilli investisiya bankı "UBS" FED tərəfindən getdikcə daha dəqiqliklə verilən proqnozları, cari defisiti və davam etməkdə olan pandemiya risklərini nəzərə alaraq Dollar/TL proqnozunu yüksəldib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, "UBS" pul siyasəti strategiyası üzrə qeyri-müəyyənliklərin daha çox dəyər itkisinə səbəb ola biləcəyini vurğulayaraq ilin sonu üçün Dollar/TL proqnozunu 9.00-dan 9.30 səviyyəsinə qaldırıb.
Qeyd edək ki, bankın analitiklərindən Tilmann Kolb tərəfindən hazırlanan araşdırmanın hesabatında 2021-ci ilin üçüncü rübünün sonunda Dollar/TL proqnozu 8.80 səviyyəsindən 9.00-a yüksəldilərkən 2022-ci ilin ikinci rübü üzrə müvafiq proqnoz 9.40-dan 9.70-ə qaldırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!