Tamara Mustafayeva, Banco.az
Alman avtomobil istehsalçısı "Audi" Avropa magistral yollarında təkcə elektrik avtomobillərinə yer verəcəyini açıqlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətdən edilən açıqlamaya görə, "Volkswagen Group" markalarından biri olan "Audi" elektromobillərə keçid planı çərçivəsində daxili yanma mühərrikləri ilə təchiz edilmiş avtomobillərin qadağan ediləcəyi tarixi elan edib.
Şirkətdən edilən açıqlamaya görə, 2033-cü ildən etibarən Avropada benzin və dizellə işləyən avtomobillərin satışına son qoyulacaq. Bununla yanaşı, şirkət 2026-cı ildə sonuncu daxili yanma mühərrikli avtomobilini magistrala çıxaracaq. Bu tarixdən sonra isə "Audi"nin əsasən elektromobil istehsalına üstünlük verəcəyi vurğulanıb.
Qeyd edək ki, alman avtomobil istehsalçısı 2025-ci ilə qədər 20 yeni elektrik modelini bazara çıxaracaq.
Bizi sosial şəbəkələrdən izləyin!!