"Apple" və "Google"a qarşı araşdırma başladıldı | Banco.az

"Apple" və "Google"a qarşı araşdırma başladıldı

Tamara Mustafayeva, Banco.az 

İngiltərə Rəqabət və Bazarlar İdarəsi (CMA) texnologiya şirkətləri "Apple" və "Google"un mobil telefon bazarındakı yüksək bazar paylarına dair araşdırma başladıldığını bildirib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, CMA-dən edilən yazılı açıqlamada "Şirkətlərin bir sıra sahələrdə rəqabətə təsir göstərəcək bazar gücünə sahib olub-olmadıqlarını analiz etmək üçün "Apple" və "Google"un mobil ekosistemləri üzrə müvafiq bazar araşdırması başlatdıq", deyə qeyd edilib.

Android və IOS əməliyyat sistemləri, həmçinin "Safari" və "Chrome" brauzerlərinin də iş mexanizmlərinin incələnəcəyini bildirən qurum "Apple" və "Google"a dair sözügedən araşdırmanın bir ildən çox davam edə biləcəyini də vurğulayıb.

"Google" şirkətindən məsələ ilə bağlı edilən açıqlamaya görə, şirkətin Android ekosistemi vasitəsilə İngiltərədə təqribən 2.8 milyard funt sterlinq gəlir yaratdığı və təqribən 240 min nəfəri işlə təmin etdiyi məlum olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram