Tamara Mustafayeva, Banco.az
Rusiya məhkəməsi inzibati xəta səbəbilə Facebook sosial media platformasına 17 milyon rubl (238 min dollar), Telegram mesajlaşma tətbiqinə isə 10 milyon rubl (140 min dollar) cərimə tətbiq edib.
Banco.az rus mətbuatına istinadla bildirir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyi (Roskomnadzor) tərəfindən Telegram və Facebook əleyhinə başladılan məhkəmə işlərinə paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.
Rusiyada qadağan edilmiş məzmunlara Facebook və Telegram vasitəsilə çatmağın mümkünlüyü səbəbilə sözügedən şirkətlərin qanuna zidd hərəkət etdiyi hökmünün verildiyi məhkəmə işinin nəticəsində Facebook 17 milyon rubl, Telegram isə 10 milyon rubl cərimə ödəcəyək.
Qeyd edək ki, Roskomnadzor daha əvvəl də oxşar səbəbdən Youtube, Instagram, TikTok kimi platformaların əleyhinə də məhkəmə işi açmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!