Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri yeni günə ucuzlaşma ilə başlayıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətlərin sürətlə bahalaşmasından sonra müşahidə edilən mənfəət realizasiyası fonunda dəyər itkisinə davam edib.
ABŞ xam neftinin (WTI) iyul fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,9% ucuzlaşmaqla hazırda bir bareli 68.58 dollara icra edilir.
Brent markalı neftin avqust fyuçersi isə London əmtəə birjasında 1% geriləyərək bir bareli 70.80 dollar səviyyəsinə enib.
Bizi sosial şəbəkələrdən izləyin!!