İspaniya bu gündən turistlər üçün açılır | Banco.az

İspaniya bu gündən turistlər üçün açılır

Bu gündən COVID-19-a qarşı tam peyvəndləmə keçən şəxslər İspaniyaya gedə bilər.

Avropa Dərmanlar Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş “Astra Zeneca”, “Pfizer”, “Moderna”, “Janssen” şirkətlərinin vaksinləri ilə yanaşı, “Sinopharm” və “Sinovac – Coronavac” vaksinləri ilə peyvənd olunanlar da ölkəyə səyahət edə bilər.

Şənbə günü açıqlanmış rəsmi sənədə görə, ölkəyə gələn hər kəs azı 14 gün əvvəl tam peyvəndləmə keçməsinə dair müvafiq arayış təqdim etməlidir. Ağır epidemioloji vəziyyətin qaldığı Hindistan, Braziliya, Cənubi Afrika Respublikası vətəndaşları istisna təşkil edir.

Bu gündən həmçinin İspaniya limanları səyahət gəmilərini qəbul etməyə başlayır.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram