Google bu ölkədə 268 milyon dollar cərimə ödəyəcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Google bu ölkədə 268 milyon dollar cərimə ödəyəcək

Tamara Mustafayeva, Banco.az

Texnologiya nəhəngi Google Fransada külli miqdarda cərimə ilə qarşı-qarşıya qalıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, edilən açıqlamaya görə, Amerikalı texnologiya şirkətinə onlayn reklamlardakı intihar tətbiqləri səbəbilə 220 milyon avro (268 milyon dollar) cərimə tətbiq edilib.

Sözügedən açıqlamada bildirilir ki, Fransa Rəqabət Qurumu ilə razılığa gələn Google şirkəti geniş istifadə edilən bəzi onlayn reklam xidmətlərində haqsız istiqamətləndirmələr həyata keçirib və artıq vəziyyəti düzəltmək üçün işlərə başlayıb.

Qeyd edək ki, cərimə ilə yanaşı Google-un "Ad Manager" adlı reklam idarəetmə platformasının üçüncü tərəflərlə qarşılıqlı əlaqəsini yaxşılaşdırmaqla bağlı Fransız rəsmilərlə razılıq əldə edildiyi açıqlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram