ABŞ-da məşğulluq artımı iqtisadçı proqnozlarından aşağı olub | Banco.az

ABŞ-da məşğulluq artımı iqtisadçı proqnozlarından aşağı olub

ABŞ-da May ayına dair məşğulluq məlumatları açıqlanıb.

Kənd təsərrüfatı sektoru xaric məşğulluq məlumatı iqtisadçı proqnozlarından aşağı olub. Ölkədə işsizlik nisbəti isə 6,1%-dən 5,8%-ə geriləyib.

ABŞ iqtisadiyyatında məşğulluq artımı May ayında 559 min olub. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozu May ayında ölkədə kənd təsərrüfatı sektoru xaric məşğulluq artımının 675 min olacağı istiqamətində idi. Aprel ayına dair məşğulluq artımı 266 mindən 278 minə revizə edilib.

Məlumatlara görə, ölkədə saatlıq maaş Mayda Aprel ayı ilə müqayisədə 0,5% artım qeyd edib. Aprel ayında bu məlumat 0,7% olmuşdu. Orta saatlıq maaş ötən ilin may ayı ilə müqayisədə isə 2% artıb. Əvvəlki ay illik artım 0,3% olaraq qeydə alınmışdı.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram