Tamara Mustafayeva, Banco.az
ABŞ-ın elektromobil istehsalçısı Tesla şirkətinin bazara çıxardığı modellərin qiymətində artım olacağı elan edilib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, sosial media hesabından açıqlama edən şirkətin CEO-su İlon Mask qiymət artımına səbəb kimi avtomobil hissələrinin tədarükü ilə bağlı mövcud problemləri qeyd edib.
Mask, "Sektor daxilində tədarük zənciri üzrə qiymət təzyiqi, xüsusəsilə də xam maddə tədarükü ilə bağlı gün keçdikcə daha da artır", deyə vurğulayıb.
Qeyd edək ki, Tesla şirkəti sonuncu dəfə may ayında Model 3 və Model Y avtomobillərinin qiymətini artırmışdı. Bu isə, öz növbəsində son aylarda qeydə alınan sayca beşinci qiymət artımıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!