"WhatsApp" "App Store"dan silinə bilər | Banco.az

"WhatsApp" "App Store"dan silinə bilər

On milyonlarla istifadəçini narazı salan yeni məxfilik siyasəti səbəbindən yaxın gələcəkdə "WhatsApp" messenceri "Apple App Store" kataloqundan silinə bilər.

"AppleScoop"a istinadən bildirilir ki, istifadəçi məlumatlarının "Facebook"a ötürülməsini nəzərdə tutan "WhatsApp"ın yeni qaydası tətbiqlər mağazasının mövcud qaydalarına ziddir. Belə ki, mağaza qaydalarının 3.2.2 bəndi "Apple"a əlavə araşdırma aparmadan "WhatApp"ı "AppStore"dan çıxarmaq hüququnu verir.

Bənddə qeyd olunur ki, tətbiqlər istifadəçilərdən qiymət verməsini və onlara baxmasını, digər tətbiqlərini yükləməsini, reklamlara klikləməsini, izləməyə icazə verməsini və digər oxşar əməliyyatlar həyata keçirməsini tələb etməməlidir.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et