Bank BTB
Müştəri xidmətləri şöbəsi - Aparıcı/Baş Mütəxəssis
Vakansiya haqqında məlumat:
Bank BTB yüksək səviyyəli kadr siyasətinə sadiq qalaraq davamlı inkişaf etməkdədir. Belə ki, hazırda bankda bir neçə aktiv vakansiya mövcuddur. Bank BTB-də karyerasını qurmaq arzusunda olan, bilik və bacarıqlarına güvənən şəxslər aşağıdakı vakansiyalar üzrə müraciət edə bilərlər:
Müştəri xidmətləri şöbəsi - Aparıcı/Baş Mütəxəssis
İş barədə məlumat:
- Bank “BTB” ASC-nin mövcud tariflərinə əsasən bütün növ bank məhsul və xidmətlərinin satışını təşkil etmək;
- Bank tərəfindən təqdim edilən bank məhsul və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
- Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesablarını müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları bağlamaq;
- Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
- Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edib, düzgün tərtib olunmasını yoxlamaq;
- Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank Kartları şöbəsinə təqdim etmək;
- Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
- Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.
Namizədə tələblər:
- Komandada işləmək bacarığı;
- Stresə davamlılıq;
- Operativlik;
- Ünsiyyət qurma bacarığı;
- Dil bilikləri: Azərbaycan və rus dili mükəmməl olmalı, ingilis dili arzu olunandır;
- Kompüter bilikləri: Microsoft Office Programs (Word, Excel).
Bizi sosial şəbəkələrdən izləyin!!