E-ticarət nəhəngi "Alibaba"dan 400 milyon dollarlıq investisiya qoyuluşu | Banco.az

E-ticarət nəhəngi "Alibaba"dan 400 milyon dollarlıq investisiya qoyuluşu

Tamara Mustafayeva, Banco.az

Çinli e-ticarət nəhəngi "Alibaba Group" və şərikləri Vyetnamlı "Masan Group" holdinqin pərakəndə bölməsinə 400 milyon dollar sərmayə yatırıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətdən edilən açıqlamaya görə, "Alibaba Group" və "Baring Private Equity Asia" şirkətlərinin daxil olduğu konsorsium "Masan Group"un pərakəndə qolu "The CrownX"ın 5,5%-lik səhmlərini satın alıb.

Sözügedən razılaşma ilə "Alibaba"nın 2018-ci ildə "Lazada" adlı e-ticarət firmasına 4 milyard dollarlıq investisiya qoyuluşundan sonra cənub-qərbi Asiyaya investisiyaları genişlənəcək.

Qeyd edək ki, xəbərin ardınca "Masan Group"un səhmləri 5,57% dəyər qazanıb ki, şirkət hazırda 5.3 milyard dollarlıq bazar dəyərinə sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram