Tamara Mustafayeva, Banco.az
Bayden ailəsi ötən il 157 min 414 dollar vergi ödəyib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Ağ Ev prezident Co Bayden və vitse-prezident Kamala Harrisin vergi bəyannamələrini açıqladıqlarını elan edib. Məlumata görə, Co Bayden və həyat yoldaşı Cil Baydenin 2020-ci il üzrə əldə etdikləri gəlir 607 min 336 dollar təşkil edib.
Seçki kampaniyaları səbəbindən əvvəlki ilə nəzərən gəlirlərində azalma müşahidə edilən cütlük 2020-ci ildə 157 min 414 dollar federal gəlir vergisi ödəyib. Bununla yanaşı, cütlük ötən ilki ümumi gəlirlərinin 5.1%-ni 10 müxtəlif xeyriyyə qurumuna ianə verib.
Qeyd edək ki, Bayden ailəsi 2019-cu ildə isə 944 min 737 dollar gəlir əldə etmiş, 299 min 346 dollar isə federal gəlir vergisi ödəmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!