Dünya İqtisadi Forumunun xüsusi iclası bu il keçirilməyəcək | Banco.az

Dünya İqtisadi Forumunun xüsusi iclası bu il keçirilməyəcək

Avqustda Sinqapurda keçirilməsi planlaşdırılan illik Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salınıb.

Bu barədə qurumun saytında məlumat verilib.

Bildirilir ki, dünyanın müxtəlif ölkələrindən olan iş adamları, hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə qlobal görüşün keçirilməsinin təxiкə salınmasına səbəb pandemiya ilə bağlı vəziyyət olub.

İclasın 2022-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılır. Məkan və tarix bu ilin sonunda müəyyənləşəcək.

Ənənəvi olaraq illik Dünya İqtisadi Forumunun iclasları yanvar ayında Davosda keçirilir, lakin cari ildə koronavirus pandemiyası və sanitariya məhdudiyyətləri səbəbiylə 2021-ci il iclasının 17-20 avqust tarixlərində Sinqapurda keçirilməsi planlaşdırılırdı.

Dünya İqtisadi Forumu İsveçrənin qeyri-hökumət təşkilatıdır və hər il müxtəlif fəaliyyət sahələrində iş adamları, siyasi liderlər və görkəmli mütəxəssislərin görüşlərini təşkil edir. Təxminən min iri şirkət və təşkilat Dünya İqtisadi Forumunun üzvüdür.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et