Azərbaycan qeyri-neft məhsullarının istehsalını 17%-dək artırıb | Banco.az

Azərbaycan qeyri-neft məhsullarının istehsalını 17%-dək artırıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-aprel aylarında 14,9 mlrd. manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8% az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9% azalması hesabına baş verib, sənayenin qeyri-neft sektorunda isə məhsul istehsalı 16,5% artıb.

Sənaye məhsulunun 62,9%-i mədənçıxarma sektorunda, 30,5%-i emal sektorunda, 5,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Qeyd olunur ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9% azalıb, əmtəəlik qaz hasilatı isə 9,3% artıb. 

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et