Avropa vahid nağdsız ödəniş sistemini qurur | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avropa vahid nağdsız ödəniş sistemini qurur

2022-ci ildə Avropa ödənişlər məkanında "Avropa Ödənişlər Təşəbbüsü"(EPI – "European Payments Initiative") adlı layihənin icrasına başlanılacağı gözlənilir.

Layihə Avropadakı istehlakçılar və pərakəndə satıcılar üçün vahid ödəmə həllini yaratmağı hədəfləyir.

EPI özündə ən populyar alətləri – ödəmə kartlarını və rəqəmsal cüzdanları birləşdirəcək ki, bunun köməyi ilə bütün nağdsız ödəniş formalarını idarə etmək mümkün olacaq.

Bu addım Avropada və bütün Avropa İttifaqında nağdsız ödənişlər bazarının mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. EPI yaradıcıları hesab edirlər ki, bu təşəbbüs "Visa"və "Mastercard", eləcə də sürətlə populyarlaşan "Apple Pay"və Çin ödəmə şəbəkələrinin mövqelərini zəiflədəcək.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram